Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu Rusiyanın sonunu gətirib çıxaracaq...” – Solovyov da “qanmağa” başlayıb - Video

Rusiya ordusu indiyə kimi bir dənə də böyük şəhər götürməyib. Xerson, o da ki... İki həftə keçib, bir dənə də şəhər götürməyiblər. Heç bir şəhərdə hakimiyyət dəyişməyib”.

PİA.az xəbər verir ki, bunu Kremlin əsas təbliğatçılarından biri olan Vladimir Solovyovun verilişində israilli ekspert Yakov Kedmi deyib.

Qeyd edək ki, bu veriliş Solovyovun “youtube” kanalı bağlanmazdan öncə son verilişi olub və Rusiyanın Ukraynaya qarşı işğalının 13-cü günündə yayımlanıb.

Əslində, Solovyovun verilişinə tez-tez dəvət edilən Yakov Kedminin özü də çoxdan Kremlin təbliğat maşınının vintciklərindən birinə çevrilib. Lakin bir neçə gün əvvəl o, belə danışmırdı və rus ordusunu tərifləyirdi. İndi isə Rusiyanın Ukraynadakı uğursuzluğu onu da hövsələdən çıxardığı üçün Rusiya rəhbərliyini qınamağa başlayıb: “Baş verənlər hazırda Ukrayna şəhərlərində hakimiyyəti daha da gücləndirir. Əgər şəhərləri götürməklə bağlı taktika və niyyət, həvəs yoxdursa, əməliyyatı başlamaq mənasız idi. Hakimiyyət şəhərlərdədir. Şəhərlərin arasında, şəhər ətrafında yox. Bütün bunlar cavabı olmayan suallar yaradır. Situasiyanı bu gün belə görürəm”. 

Solovyov cavabında etiraf edib ki, Rusiya artıq bütün dünyanın gözündə şeytan sifətindədir: 

“Bununla yanaşı biz onsuz da cəhənnəmdən gələn şeytan hesab edilirik. Artıq məlumdur ki, Qərb bizə uzun müddət nifrət edəcək. Bu müharibəni udmaya, yəni “əməliyyatı” elan olunmuş hədəfə çatdırmaya bilmərik. Yoxsa bu, sonda Rusiyanın həlak olmasına gətirəcək”.

Kedmi isə deyib ki, əgər yaxın günlərdə Odessa alınmasa, “əməliyyat” öz əhəmiyyətini itirəcək: 

“Mən anlamıram ki, bu, nəyə gərək idi. Əgər hər şey Krımın, yaxud Luqanskla Donetskin tanınması üçün idisə... Bu vilayətləri iki həftədir ki, azad edə bilmirlər. Slavyansk belə azad edilməyib. İki həftəyə Lvova çatmaq olardı. Krımın tanınması üçün əməliyyata başlamaq? Krımın tanınması, sonra nə? Rusiyaya qarşı heç bir sanksiya ləğv olunmayacaq... Zelenskinin Krımı tanınmasına nail olmaq üçün 500 əsgər və zabiti güdaza vermək lazım idimi?...”

Solovyov isə hazırda Ukraynada baş verənlərdən məyusluğunu gizlədə bilməyib: 

“Onsuz da əhvalım ağırdır, sən də bu pessimistliyinlə məni daha da kədərləndirirsən”. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Ən çox oxunanalar